Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub.
“Azərmətbuatyayımı” ASC Təhsil İdarəsinə adları aşağıdakı cədvəldə yer alan jurnal və qəzetləri satacaq və qarşılığında 475 min 720 manat alacaq.
| “Azərbaycan müəllimi” qəzeti | 140 000 ədəd |
| “Kurikulum” jurnalı | 15 800 ədəd |
| “Azərbaycan məktəbi” jurnalı | 17 216 ədəd |
| “Azərbaycan” qəzeti | 182 260 ədəd |
| “Xalq” qəzeti | 65 000 ədəd |
| “Respublika” qəzeti | 46 800 ədəd |
| “Yeni Azərbaycan” qəzeti | 26 400 ədəd |
| “525-ci qəzet” | 26 400 ədəd |
| “Bakinskiy Rabociy” qəzeti | 17 600 ədəd |
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”də yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin səhmdarının “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.