Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

978
Paylaş:
Bəxtiyar Hacıyevlə bağlı qərar verildi

 Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay uzadılıb.

Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin 2022-ci il 9 dekabr tarixli qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib./APA

Paylaş:

Ən son xəbərlər