Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.
Nazirlikdən Pravda.az-a verilən xəbərdə bildirilir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320