“Vaxtilə toylara aşıq kimi gedirdim. İndi əlacsızlıqdan sazımı da satmışam”.
Bu sözləri qızı və 3 nəvəsi ilə İkinci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki daxmada yaşayan Məhbubə Musayeva Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib.
Maşın vurduqdan sonra iş qabiliyyətini itirən çarəsiz ana zamanında kömək etdiyi qohumlarının yardımından da məhrum olub.