Azərbaycanda "Nissan”, "Ford”, "Renault”, "İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgün Motors" şirkəti barəsində protokol tərtib edilib. Şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, "Nurgün Motors” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.