Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Turan “Space”dən getdi

799
Paylaş:
Turan “Space”dən getdi

Telejurnalist Turan İbrahimov “Space TV”dən ayrılıb.

Pravda.az xəbər verir ki, bu barədə T.İbrahimov özü məlumat verib.

“İki həftə əvvəl verdiyimiz qərardı. “Space TV”dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram” – Teleaparıcı qeyd edib.

Qeyd: Fevralın 7-dən “Space” TV-də rəhbər vəzifəyə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin gətirilib.

Paylaş:

Ən son xəbərlər