Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiyalı politoloq Vardanyanın "istefa"sı haqqında: Azərbaycan ekoloqlarının aksiyası uğurla nəticələndi

674
Paylaş:
Rusiyalı politoloq Vardanyanın "istefa"sı haqqında: Azərbaycan ekoloqlarının aksiyası uğurla nəticələndi

Azərbaycan ekoloqlarının Laçın yolunda aksiyası böyük uğura gətirib çıxardı.

Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın “dövlət naziri” postundan göndərilməsinə münasibət bildirərkən deyib.

O, Vardanyanın istefasının əsas səbəbi kimi, Azərbaycanın belə bir tələblə təzyiq etməsini göstərib.

Markov hesab edir ki, nə İrəvan, nə də Moskva Vardanyanı dəstəkləyib.

Rusiyalı politoloqun sözlərinə görə, ermənilərin Qarabağdan köçü başlayacaq.

“İndi aydındır ki, heç bir xüsusi maneə olmadan iki il yarımdan sonra bütün Qarabağ Azərbaycanın nəzarətinə keçəcək”, - Markov əlavə edib./APA

Paylaş:

Ən son xəbərlər