"Gəmiqaya Avtonəqliyyat" MMC (VÖEN – 0201375131) və “Arkoz Yol-Su Enerji 1” MMC (VÖEN – 0201373141) yenidən təşkil olunduqlarını elan ediblər.
Yeniavaz.com xəbər verir ki, “Yol-Su İnşaat” MMC ləğv olunaraq “Arkoz Yol-Su Enerji 1” MMC-yə qoşulub. "ALÇI-ZAVOD-75" MMC isə "Gəmiqaya Avtonəqliyyat" MMC-nin tərkibindən ayrılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə heyətinin sədri olub.