Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb. Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Salyanda azyaşlının zorlanmasına görə 4 nəfər həbs edilib
Bildirilib ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.