Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Ümman Əliyevin 9 il, İlqar Əliyevin 8 il, Natiq Nuriyein 8 il, Sahilə Məmmədovanın 6 il, Elnur Eldaovun 8 il 6 ay, Ələkbər Nuriyevin 7 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Prokuror digər təqsirləndirilən Pərvin Yusifovun barəsində olan cinayət təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad olunmasını istəyib.
Buna səbəb təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə dəymiş ziyanın - 3 175 manatın Baş Prokurorluğun depozit hesabına, həmçinin qanunun tələb ilə cinayət yolu ilə əldə olunan pulun 25 faizi olan - 793 manatnı isə dövlət büdcəsinə ödənilməsi olub.
Daha sonra müdafiə nitqi ilə çıxış edən Pərvin Yusifovun vəkili prokurorun çıxışı ilə razı olduğunu bildirib.