Masallıda 3 itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.
Bu barədə Qaynarinfo-ya rayonun Viləş kəndindən məlumat verilib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan 3 it ona hücum edib. Yaxınlıqda Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər 3 it Ceyhunu parçalayıb.