Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altından yalnız insanlar deyil, çox məbləğdə pul və zinət əşyaları da çıxarılmaqda davam edir.
Kahramanmaraşda dəhşətli zəlzələlərdən sonra axtarış-xilasetmə işləri zamanı qızıl kəmərlərlə dolu çanta tapıldığı barədə məlumat vermişdik.
Xilasedicilər tapdıqları 78 kiloqram ağırlığında qızıl kəmərlərlə dolu çantanı polisə təhvil veriblər. Araşdırmalar zamanı bu qədər qızılın sahininin kim olduğu tapılıb.