Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü - FOTO

1 267
Paylaş:
Azərbaycanda tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü -     FOTO

Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.

Pravda.az Medicina.az-a istinadən xəbər verir ki, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən əməliyyat olunub.

Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.

Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.

Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.

Paylaş:

Ən son xəbərlər