“Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür”.
Azərbaycan XİN: "Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik”
Pravda.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
“Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq! Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik”, - o bildirib.