Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Həftənin ilk gününün hava PROQNOZU

709
Paylaş:
Həftənin ilk gününün hava     PROQNOZU

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.

Paylaş:

Ən son xəbərlər