Fevralın 24-də Sabirabad Rayon Polis Şöbəsinə rayonun Moranlı kənd sakini Adil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görəi, məlumatla bağlı Sabirabad Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.