Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Yollarda görmə məsafəsi məhdudlaşacaq

651
Paylaş:
Yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Fevralın 27-də ölkə ərazisində dumalı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, sabah ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Paylaş:

Ən son xəbərlər