“Əgər Qərb Rusiya Federasiyasını məhv etməyə və onun dağıntıları üzərində nəzarəti bərqərar etməyə nail olsa, rus xalqı qorunub saxlanmaya bilər. O zaman rus xalqı yox, moskvalılar, urallılar və başqaları olacaq".
Pravda.az xəbər verir ki, bunu bazar günü "Moskva. Kreml. Putin" proqramı üçün "Rossiya-1" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bildirib ki, Qərbin bir məqsədi var:
“Rusiya Federasiyasını sıradan çıxarmaq. Rusiya yalnız bir ölkənin - ABŞ-ın maraqları naminə sülhün qurulmasının əleyhinədir. Əgər biz bu yolla getsək, mən hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi köklü şəkildə, yaxşı, əsaslı şəkildə dəyişə bilər”.