Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda ağır yol qəzası: Ölənlər var

1 279
Paylaş:
Azərbaycanda ağır yol qəzası:     Ölənlər var

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 465-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

"Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ВАЗ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

***

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.

TIR-la "VAZ 21099" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.

Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.

Qəza zamanı ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.

Ölən şəxslərin adları aşağıdakı kimidir:

Orxan Rzayev (1987);

Məhəmməd Xəlilov (1987).

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər