“Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ də "xan" rejimindən qalma xasiyyətini tərgidə bilməyib”.
Pravda.az xəbər verir ki, bu haqda naxçıvanlı jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə məlumat paylaşıb. O, bildirib ki, nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə qurumun bütün işçiləri bir nəfər kimi çöllərdə iməcliyə göndərilib:
“Diplomlu-diplomsuz hər kəs bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdıracaq. Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır.