Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində çıxarılmış məcburi gətirilmə qərarının hələlik icra olunmadığı elan olunub. Sümbülə Əliyevanın ayaqlarında şiş yarandığından iclaslarda iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verdiyi bildirilib.
Qeyd edək ki, Sümbülə Əliyeva ardıcıl 8 prosesə gəlməyib. Məhkəmədən yayındığına görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
İttihama görə, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.