Mingəçevir Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 12 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.