“Azərtac” intihara cəhd edən sabiq əməkdaşı Aygün Əliyeva ilə bağlı məsələyə münasibət bildirib.
Pravda.az xəbər verir ki, Dövlət agentliyi A.Əliyevanın 2020-ci ildə işdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini və indiyədək bu prosesin davam etdiyini, həmçinin onunla barışıq əldə edilməsi üçün addımların atıldığını açıqlayıb: “2022-ci ilin noyabrında Azərtac-a yeni təyin edilən sədr Vüqar Əliyev Aygün Əliyevaya bu işdə barışıq təklif edib və bir neçə dəfə onunla şəxsən danışıb. Aygün Əliyevaya onun işdən çıxarılma əmrinin ləğv edilməsi və Azərtac-da işə götürülməsi təklif olunub. Buna baxmayaraq, A.Əliyeva məhkəmə prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib".