“Azimport” şirkətinin rəhbəri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərova hədə-qorxu gəlib, onun yarım milyon manatını almaqda ittiham olunan Kamal Akimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibov ifadə verib.
Kamandar Nəsibovun bu məhkəmə prosesində dindirilməsinin səbəbi Kamal Akimovun əmlakının əlindən hədə-qorxu yolu ilə alınmasından sonra məhkəmədə mülki qaydada iş aparılan zaman onun vəkili olmasıdır. Kamal Akimovun o dövrdə əmlakın sökülməsinə görə “Azimport” şirkətinə qarşı qaldırdığı iddialar üzrə məhkəmələrdə vəkil kimi hüquqlarını müdafiə edib.
Həmin dövrdə Kamandar Nəsibov Kamal Akimova təklif edib ki, qarşı tərəflə, “Azimport” şirkətinin rəhbəri Azər Əsgərovla görüşsün. O da təklifi qəbul edib və görüş Kamandar Nəsibovun ofisində baş tutub. Kamal Akimov iddia edib ki, 800 min manatlıq razılaşma da həmin görüşdə əldə olunub.
Məhkəmədə ifadə verən Kamandar Nəsibov deyib ki, Kamal Akimovun mülki işi ilə məşğul olub:
“Məhkəmələrdə əleyhimizə qərar çıxarıldı. Təklif elədim ki, Azər müəllimlə görüşsünlər. Görüş zamanı söhbətlərin tam içində olmamışam. Amma aralarında gərginlik vardı. Kamal Akimov söküntüyə görə pul istəyirdi. Sonradan bildim ki, razılaşmayıblar. Mən bir başqa işimdə Azər müəllimlə görüşəndə dedi ki, Kamal həddi aşır”.
Kamandar Nəsibov məhkəmədə Kamal Akimov və vəkilinin suallarının bir çoxuna “yadımda deyil”, “çoxdan olub, xatırlamıram” cavablarını verib.
Hətta öz ofisində görüşdə digər şəxslərin iştirak edib-etmədiyini belə xatırlamadığını deyib. Kamal Akimov isə bildirib ki, orada başqa şəxslər də olub və bunun sübutları da var.
Məlum olub ki, Kamandar Nəsibov Kamal Akimovdan sonra Azər Əsgərovla əməkdaşlıq etməyə başlayıb.
Məhkəmədə şahid qismində dindirilən Əli Məmmədov bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsində saxlayıblar. Həmin vaxt Kamal Akimov gəlib və təzyiq altında ondan Azər Əsgərovun əleyhinə ifadə verməsini tələb edib: