Fevralın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.
Pravda.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
O, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.