Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Lavrovdan SSRİ sərhədləri ilə bağlı açıqlama

28 425
Paylaş:
Lavrovdan SSRİ sərhədləri ilə bağlı açıqlama

Ötən il Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan Praqa sənədində Alma-Ata Bəyannaməsinə istinad edilib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Alma-Ata Bəyannaməsinin açıq sənəd olduğunu xatırladıb: “Orada nə yazıldığını oxumaq olar. Orada yazılıb ki, Sovet İttifaqının yerinə yaranan yeni dövlətlərin dövlət sərhədləri SSRİ çərçivəsində mövcud olan inzibati sərhədlərlə müəyyən olunacaq. Buna daha nəyi əlavə edəcəyimi bilmirəm”, deyə Lavrov qeyd edib./APA

Paylaş:

Ən son xəbərlər