Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Pravda.az xəbər verir ki, yaralananların sayı isə 85 nəfərdir.
***
08:41
Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.
O bildirib ki yaralı sayı 85 nəfərdir.
Daha əvvəl bildirilib ki, hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.