İrəvan sülh sazişi layihəsi ilə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti ilə bağlı Bakıya verdiyi təklifə cavab gözləyir.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
O, sülh sazişinin mətni ilə bağlı təklifin fevralda Azərbaycan tərəfinə verildiyini və bu günə qədər cavab alınmadığını vurğulayıb. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsi səbəbi ilə bunu normal saydığını deyib.
“Razılaşma üzərində iş davam edir və bu iş şəxsi görüşlərdən ayrı şəkildə aparılır”, - Paşinyan qeyd edib.