“Pandemiyanın çətinliklərinə baxmayaraq, biz platforma çərçivəsində həmrəyliyimizi və əməkdaşlığımız gücləndirdik. Qoşulmama Hərəkatının parlament qurumunu və gənclər şəbəkəsini yaratdıq”.
Bunu Bakıda Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə çıxışında Özbəkistan Prezidenti Şövkət Mirziyoyev deyib.
Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, Azərbaycan sədrliyi dövründə pandemiya vaxtı çox vacib müxtəlif təşəbbüslər irəli sürüb.