Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Şavkat Mirziyoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

644
Paylaş:
Şavkat Mirziyoyev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 2-də Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Pravda.az xəbər verir ki, Özbəkistan Prezidenti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

Paylaş:

Ən son xəbərlər