Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edib, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğulayıb.
Pravda.az xəbər verir ki, o, bu barədə Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.