“İlahiyyatçı Hacı Şahin Həsənli bir gün əvvəl “Baku Medikal Plaza”nın kardiologiya şöbəsində yox, təcili yardımında olub. Ona xəstəxanada yatmaq tövsiyə edilib. Amma o, xəstəxanaya qəbul olmaqdan imtina edib, müvafiq sənədə imza atıb gedib”.
Pravda.az xəbər verir ki, bunu Teleqraf.com-a “Baku Medikal Plaza”nın Kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov deyib.

Onun sözlərinə görə, Hacı Şahini xəstəxanada növbətçi həkim qəbul edib: "Ona xəstəxanada yatmalı olduğu bildirilib, damarlarının yoxlanması tövsiyə olunub. Çünki şikayətləri ürək ağrılarından imiş. Yəqin ağrısı keçdiyi üçün sabah-biri gün gələrəm deyib, yatmaq istəməyib və evə gedib. Klinika da ondan iltizamnamə alıb ki, evə getməyiniz risklidir, problem ola bilər. Amma o, hər şeyə rəğmən kağızları imzalayıb gedib”.
Üzeyir Rəhimovun sözlərinə görə, Hacı Şahin Həsənli xəstəxanaya müraciət edəndə ağrıları keçibmiş: “Tipik ürək ağrısı olduğu üçün israrla xəstəxanada yatmaq tövsiyə olunub. Şikayətinə görə, onda ürəyin işemik xəstəliyi olduğu onsuz da bilinirmiş. Troponin deyilən analiz yoxlanılıb, onun miqdarı yüksək çıxıb. Amma o, bütün tövsiyələrdən imtina edib.
