3 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox istiqamətlərdə uzun illərdən bəri birgə proqramlar həyata keçirildiyini, kənd təsərrüfatı, neft-kimya sənayesi, tibb və s. sahələrdə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, digər bir sıra istiqamətlərdə də geniş perspektivlərin olduğunu vurğulayıb.