Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırır.
İcmanın mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üzrə monitorinq prosedurunun predmeti olmalıdır.