“Atamın ürəyindən heç vaxt şikayəti olmayıb. Son gün xəstəxanaya müraciət edəndə düşünürdü ki, ağrı mədəsindədir”. Bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum ilahiyyatçı hacı Şahinin oğlu Hüseyn Həsənli deyib. 2016-cı ildən ürəyində problem olduğu barədə yayılan məlumatlarla bağlı suala Hüseyn Həsənli belə cavab verib:
“Xeyr, yalan məlumatdır, bir ara mədəsində problem yaranmışdı, həmin gün də elə bilib yenə ağrı mədəsindəndir. Lakin həkim müayinəsi zamanı məlum olub ki, problem ürəyindədir. Xəstəxanadan evə gecə gəldi. Gələndən sonra atamla danışdıq. Hər şeydən söhbət etdik, ölüm barədə də danışdı. Dedi, mənim üçün ölüm asandır”.