Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.
Məlumata görə, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkossasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.