Bakı Dövlət Sirki ilə bağlı yayılan video materiala şərh edərək bildirmək istəyirik ki, nə şir nə də pələnglər sirkin manejindən kənara çıxmayıblar.
Bakı Dövlət Sirki: Heyvanlar öz aralarında güləşmək istəyiblər, zalda əyləşən tamaçılar xəsarət almayıblar
Bu barədə qurumdan bildirilib.
“Zalda əyləşən tamaşaçı tərəfindən sirk manejində olan heyvanların üzərinə dəfələrlə lazer işığı salınıb. Bu hal da onların aqressiv reaksiyasına səbəb olub. Və heyvanlar öz aralarında güləşmək istəyiblər. Zalda əyləşən tamaçılarımız heç bir xəsarət almayıblar. Çünki heyvanlar xüsusi dairənin içərisində şou göstərirlər. Yəni tamaşaçı ilə heç bir canlı təması yoxdur. Bu heyvanlar 20 ildən çoxdur ki sirk səhnələrində fəaliyyət göstərirlər: Və indiyə kimi belə bir hal yaşanmayıb. Bakı Dövlət Sirki olaraq xahiş edirik ki, zalda əyləşərkən öncədən səslləndirilən təhlükəsizlik tədbirlərinə əməl edəsiniz”, - qeyd olunub.