Cinayət hadisəsi ilə bağlı məlumatların idarə olunmasında çox işlər görüldü.
“Azərbaycan Polisinin mütəşəkkil fəaliyyəti və əməliyyatların vahid mərkəzdən idarə edilməsi bəhrəsini verdi”
Pravda.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib.
“Əksər sosial şəbəkə istifadəçiləri hər eşitdiklərini paylaşdılar və yaydılar. Kütləvi şəkildə saxta məlumatlar tirajlanırdı. Bütün çətinliklərə baxmayaraq Azərbaycan Polisinin mütəşəkkil fəaliyyəti və əməliyyatların vahid mərkəzdən idarə edilməsi öz bəhrəsini verdi”, - o qeyd edib.