Azərbaycan Tibb Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub. Yeniavaz.com xəbər verir ki, “Azərmətbuatyayımı” ASC Azərbaycan Tibb Universitetinə 52 adda qəzet və jurnal satacaq və qarşılığında 12 min 871 manat 32 qəpik alacaq.
Onu da qeyd edək ki, bu il “Azərmətbuatyayımı” ASC Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərsu” ASC-nin keçirdiyi analoji tender müsabiqələrində də qalib olub. “Azərmətbuatyayımı” ASC Təhsil İdarəsinə 475 min 720 manat, “Azərsu” ASC-yə isə 20 min 493 manat 56 qəpik dəyərində jurnal və qəzet satacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 345 min 304 manat olan “Azərmətbuatyayımı” ASC 07.08.2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”-də yerləşir.
Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.