Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub.
Pravda.az xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.