Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatıldı

666
Paylaş:
Ceyhun Bayramov Qətərdə BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatıldı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransının (LDC5) açılış mərasimində iştirak edir.


Bu barədə Pravda.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.


“Ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) beynəlxalq yardıma ən çox ehtiyac duyulan yerlərdə davamlı inkişafı sürətləndirmək üçün bir fürsətdir”, - XİN-dən bildirilib.


Qeyd edək ki, Ceyhun Bayramov dünən Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Paylaş:

Ən son xəbərlər