“Caliber” hərbi dairələrdəki mənbələrindən Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna, dünən toqquşmaların baş verdiyi yerə (Xankəndi-Xəlfəli-Turşsu) dolama qrunt yolu ilə silah, sursat və yanacağın daşınmasına dair videosübut əldə edib.
Gördüyümüz kimi, daşınma gecə-gündüz həyata keçirilir və hər iki istiqamətdə nəqliyyatın hərəkəti müşahidə olunur. Belə ki, əgər ilk saniyələrdə Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə nəqliyyat vasitələri Ermənistandan Xankəndiyə doğru hərəkət edir. 46-cı saniyədən isə yenə Xankəndidən Ermənistana doğru hərəkət var.