Azərbaycanda insanlara cinsi toxumalarını saxlatmaq hüququ veriləcək.
Pravda.az-ın xəbərinə görə, bu, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.
Qanun layihəsində cinsi toxumaların saxlanılmasını nəzərdə tutan 14-cü maddə var. Bu hüquqi norma donorluqdan fərqli olaraq şəxsin bilavasitə özünə yönəlib.