“Araz” marketlər şəbəkəsində vaxtı keçmiş, tamamilə yarasız ərzaq məhsullarının satılması faktı üzə çıxıb.
Şamil Əzizbəyov küçəsində yerləşən marketdə alınan şirniyyat (“Bonita” mini rulet) daşlaşmasa da, məhsulun üzərində onun saxlanma müddətinin bu ilin may ayına kimi olduğu göstərilib.
Güman ki, bu məlumat sonradan yapışdırılıb. Beləliklə, satışdan çıxarılmalı olan şirniyyatın “ömrü” saxta yolla uzadılıb. Halbuki onun köhnə və yararsız olduğu dərhal bilinir. Çünki şirniyyat tamamilə bərkiyib və acı dadır. Onu da qeyd edək ki, “Bonita” mini ruletin əsas istehlakçıları uşaqlardır. Belə anlaşılır ki, “Araz” market rəhbərliyini nə müştəri məmnuniyəti, nə də əhalinin, o cümlədən uşaqların sağlamlığı qətiyyən maraqlandırmır. “Araz”ın marketinq siyasəti nə yolla olursa-olsun maksimum qazanc əldə etməyə hesablanıb. Təsəvvür edirsizmi, indi martın əvvəlidir və satışda olan “Bonita” taxta parçası kimi bərk və qurudur. “Araz” rəhbərliyi isə hələ may ayına kimi bu məhsulu alıcılara sırımaqda qərarlıdır.
Beləliklə, aydın olur ki, “Araz” marketdə bəzi məhsulların istifadə müddəti üzərində yeni tarix göstərilməklə saxta yolla uzadılır.