“Araz Supermarket” məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, marketlər şəbəkəsinin Siyəzən rayon filialında müştərinin aldadılıb. Buna görə də supermarket barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsilə protokol tərtib olunub.