Gürcüstanda parlament binasının ətrafında vəziyyət gərgin olaraq qalır.
Gürcüstanda ara qarışdı: Etirazçılar su şüşələri və daş ataraq polisə müqavimət göstərirlər - FOTO
Əraziyə cəlb edilmiş xüsusi təyinatlı polis qüvvələri etirazçıları su şırnağı və gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa çalışır. Etirazçılar su şüşələri və daş ataraq polisə müqavimət göstərirlər.
Hazırda polis parlamentin girişlərinin olduğu küçələri nəzarəti saxlayır. Əraziyə çox sayda təcili yardım maşını cəlb edilib./APA