Müğənni Xəyyam Nisanov məhkəməyə verilib.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, müğənni yol hərəkəti qaydalarını pozduğu üçün təyin olunan cərimələri vaxtında ödəməyib. Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.