Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Xuon Sudari ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.