Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyasının miqyası genişlənib.
Parlament binasının qarşısına toplaşan müxalif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları, media nümayəndələri və vətəndaşlar “xarici agentlər” haqqında qanuna etiraz ediblər.
Aksiyaya paytaxtın müxtəlif universitetlərində təhsil alan tələbələr də qoşulublar.
Etirazlar səbəbindən Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.