Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məmurlara ölüm cəzasını nəzərdə tutan qanun imzalandı

1 117
Paylaş:
Məmurlara ölüm cəzasını nəzərdə tutan qanun imzalandı

Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət Məcəlləsinin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.

Bu barədə Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, sənədin imzalanmasında əsas məqsəd ekstremist (terrorçu) və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirməkdir.

Qanun, məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin vəzifə sahibi olan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur. Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən törədilən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm cəzası qərarının verilməsi nəzərdə tutulur./APA

Paylaş:

Ən son xəbərlər